Dünyada məlum olduğu kimi çox ciddi iqtisadi və siyasi böhran yaşanır. Bütün ölkələr yaranan iqtisadi böhranın girdabından xilas olmağa can atırkən Rusiya və Ukrayna arasında baş verən siyasi böhran iki ölkə arasında hərbi toqquşmaya çevrildi. Artıq yeddi aydır ki, bu iki ölkə arasında aktiv müharibə gedir. Nəzərə alsaq ki, hər iki ölkə dünyanın taxıl istehsalında böyük çəkiyə malik dövlətlərdir, o zaman onsuz da iqtisadi böhran yaşayan dünyanın iqtisadi mənzərəsinin necə çətin bir vəziyyətdə olduğunu aydın şəkildə təsəvvür etmək olar. Bütün qeyd olunan çətinliklər 44 günlük Vətən müharibəsini yenicə başa vurmuş, ərazisinin 20 faizi erməni işğalına məruz qalmış, kəndləri, şəhərləri erməni vandalları tərəfindən dağıdılmış Azərbaycandan da yan keçməmişdir. Lakin bütün bunlara baxmayaraq ölkəmiz məhz Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə inkişaf edir və dünyada özünün siyasi və iqtisadi mövqeyini gücləndirməkdədir. 16 sentyabr 2022 - ci il tarixdə Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev Özbəkistan respublikasının prezidenti Şavkat Mirzioyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin növbəti sammitində iştirak etmək üçün Özbəkistanın qədim Səmərqənd şəhərinə səfər etmişdir. Səfər çərçivəsində ölkə başçısı bu təşkilata üzv ölkələrin başçıları ilə müxtəlif görüşlər keçirmiş, ölkələrarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsi aparmışdır. Sammitdə iştirak edən Prezident İlham Əliyev Özbəkistan respublikasının prezidenti Şavkat Mirzioyevə həm dəvət , həm də səmimi qəbul üçün təşəkkür etmişdir. Sammitdə çıxış edən ölkə başçısı ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, postmüharibə dövründən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri barədə iştirakçı dövlət başçılarını məlumatlandırmışdır. Azərbaycan respublikasının prezidenti qeyd etmişdir ki, Qarabağ münaqişəsi artıq öz həllini tapmışdır. Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, BMT - nin Azərbaycan respublikasının ərazisindən erməni hərbi birləşmələrinin qeyd - şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamənin tələblərini hərbi - siyasi yolla yerinə yetirmişdir. Hazırda isə Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ciddi iş aparır . Biz Ermənistanla sülh müqaviləsi bağlamaq üçün 5 əsas prinsip irəli sürmüşük və bunların hamısı Ermənistan rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Ancaq təəssüflər olsun ki , Ermənistan yenə də prosesləri ləngidir, yenə də müəyyən xülyalarla yaşayır . Onlar sentyabrın 12 - dən 13 - nə keçən gecə yenə də Azərbaycan Ermənistan sərhəddində təxribatlar törətmiş, nəticədə 77 nəfər hərbiçimiz şəhid olmuşdur. Bütün bu kimi hallar sülh prosesinə çox böyük zərbədir. Sonra ölkə başçısı Azərbaycanın dünya iqtisadiyyatına verdiyi və gələcəkdə verə biləcəyi töhfələrdən danışdı. Azərbaycan həm Şərq - Qərb, həm də Şimal - Cənub dəhlizlərinin üzərində yerləşən bir ölkə kimi daha böyük strateji əhəmiyyətə malikdir. Ona görə də ölkəmiz daima dünyanın diqqət mərkəzindədir. Son illər Azərbaycanın atdığı bütün addımlar Cənubi Qafqazda slhün və əminamanlığın bərqərar olmasına xidmət edir. Ölkəmizin tutduğu bu doğru yol, onu işıqlı gələcəyə aparacaqdır. Ramiz Nəsirov,Xocalı rayon ağsaqqalı, l Qarabağ müharibəsi iştirakçısı